Azərbaycan boksçusu Avropa Oyunlarında 1/8 finala yüksəlib - FOTO

Azərbaycan boksçusu Avropa Oyunlarında 1/8 finala yüksəlib - FOTO
# 24 iyun 2023 21:00 (UTC +04:00)

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

Qeyd edək ki, axşam seansında daha 1 boksçumuz mübarizəyə qoşulacaq. Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR