Azərbaycan boksçusu dünya çempionatının finalına yüksəlib

Azərbaycan boksçusu dünya çempionatının finalına yüksəlib
# 12 may 2023 15:55 (UTC +04:00)

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 86 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.

O, hər 3 raundu xeyrinə bitirib. Alfonso yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionumuz finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş mayın 14-də olacaq.

Qeyd edək ki, axşam saatlarında millinin daha bir boksçusu - Məhəmməd Abdullayev (+92 kq) də yarımfinal döyüşünə çıxacaq. O, həlledici görüşə vəsiqə uğrunda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR