Azərbaycan boksçusu Polşada beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu Polşada beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb
# 25 may 2023 11:22 (UTC +04:00)

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

66 kq çəkidə rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR