Bank Of Baku

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Orxan Həbibli

© APA | Orxan Həbibli

# 28 iyul 2026 19:48 (UTC +04:00)

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi Orxan Həbibli bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Həbibli üçüncü yer uğrunda görüşdə Hindistan təmsilçisi Kunal Daqarı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bununla da yığmamızın mundialdakı medal sayı ikiyə çatıb.

Qeyd edək ki, daha əvvəl 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov da bürünc medala sahib çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR