Bank Of Baku

Azərbaycan karateçiləri İslamiadaya 2 medalla başlayıblar

Azərbaycan karateçiləri İslamiadaya 2 medalla başlayıblar
# 11 noyabr 2025 23:17 (UTC +04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında karate yarışlarına start verilib.

Apasport.az-ın yarışa ezam olunan əməkdaşının məlumatına görə, turnirin ilk günü Azərbaycan yığması iki medal qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova üçüncülük uğrunda döyüşdə pakistanlı rəqibi Laybə Ziyanı məğlub edərək bürünc medal qazanıb.

Roman Heydərov isə kata növündə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Kərim əl-Həycəniyə qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan karate yığması yarışda 6 idmançı ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR