Bank Of Baku

Azərbaycan taekvondoçuları Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

Azərbaycan taekvondoçuları Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb
# 12 mart 2023 09:57 (UTC +04:00)

Eyndhovendə taekvondo üzrə açıq Niderland çempionatına start verilib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR