Bank Of Baku

Azərbaycanın cüdo yığması İslamiadanın çempionu olub

Azərbaycanın cüdo yığması İslamiadanın çempionu olub
# 10 noyabr 2025 19:26 (UTC +04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az-ın turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.

Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.

Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR