Azərbaycanın daha 2 taekvondoçusunun Avropa Oyunlarında rəqibi bilinib

Azərbaycanın daha 2 taekvondoçusunun Avropa Oyunlarında rəqibi bilinib
# 24 iyun 2023 21:50 (UTC +04:00)

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında üçüncü günün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, iyunun 25-də dayanq üzərinə çıxacaq yığma üzvlərindən ikisinin ilk rəqibləri bəlli olub.

Eltac Qafarov (74 kq) 1/8 finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək.

Yarışların son günündə - iyunun 26-da isə Taleh Süleymanov (87 kq) mübarizəyə qoşulacaq.

Qeyd edək ki, taekvondoçularımızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR