Azərbaycanın daha bir parataekvondoçusu dünya çempionatında medal qazanıb

Azərbaycanın daha bir parataekvondoçusu dünya çempionatında medal qazanıb
# 25 sentyabr 2023 09:31 (UTC +04:00)

Parataekvondo üzrə Azərbaycan milli komandası Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında aktivinə ikinci medalı yazdırıb.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızın heyətində İmaməddin Xəlilovun (70 kq, K-44) ardınca Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.

Təmsilçimiz mundialı bürünc medalla başa vurub. 1/16 finaldan azad olan Abuzərli ilk duelində Kosta-Rika idmançısı Andres Molinanı sınağa çəkib. Görüş 21:14 hesabı ilə Əbülfəzin xeyrinə yekunlaşıb. O, 1/4 finalda böyük britaniyalı Yosef Line ilə üz-üzə gəlib. Parakaekvondoçumuz bu döyüşdən də qalib ayrılıb – 12:10. Yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı təmin edən həmyerlimiz finala gedən yolda Özbəkistan idmançı ilə münasibətinə aydınlıq gətirib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından Abuzərli 3-cü yeri tutub.

Beləliklə, dünya çempionatına 3 parataekvondoçu ilə qatılan Azərbaycan yığması 2 medal əldə edib. İmaməddin Xəlilovun çempion olduğu mundialda Əbülfəz Abuzərli bürünc medala, millimiz isə komanda hesabında kişilər arasında 3-cü yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR