DÇ: Zelim Kotsoyev 1/4 finalda məğlub olub

Zelim Kotsoyev

© APA | Zelim Kotsoyev

# 18 iyun 2025 17:24 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.

O, 1/16 finalda Cennaro Pirellini (İtaliya) ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb. Təmsilçimiz bu mərhələdə Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Kotsoyev təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Nikolos Şerazadişvili (İspaniya) olacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR