FHN əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

FHN əməkdaşı dünya çempionatında gümüş medal qazanıb
# 13 dekabr 2023 12:57 (UTC +04:00)

1-4 dekabr tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, çempionatda dünyanın 23 müxtəlif ölkəsindən 450-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Sərvin Haşımlı +85 kq çəki dərəcəsində döyüş növünün qurşaq (güləş) sistemində 3 döyüş keçirərək çempionatın gümüş medalının sahibi olub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR