FHN əməkdaşı dünya çempionatında medal qazanıb

FHN əməkdaşı dünya çempionatında medal qazanıb
# 16 noyabr 2023 15:00 (UTC +04:00)

FHN əməkdaşı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo idman növü üzrə veteran idmançılar arasında dünya çempionatında medal qazanıb.

FHN-dən APA-ya verilən xəbərə görə, ölkəmizi 81 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Zülfüqar Hüseynov çempionatda uğurlu çıxış edərək bürünc medal qazanıb.

Qeyd edilib ki, Z.Hüseynov bu il Sloveniyanın Podçetrtek şəhərində keçirilmiş Avropa çempionatının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR