FHN əməkdaşı dünya çempionu olub

FHN əməkdaşı dünya çempionu olub
# 08 dekabr 2023 14:55 (UTC +04:00)

Dekabrın 1-4-də Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı keçirilib.

APA- Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsil edən idmançılar sırasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub.

+85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və 3-cü dəfə Alpaqut döyüş növü üzrə dünya çempionatının birincisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR