FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb
# 04 noyabr 2023 16:08 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatı başa çatıb.

APA Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 ölkədən 1000-dən çox idmançının mübarizə apardığı dünya çempionatında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət baş çavuşu Vüqar Babayev də iştirak edib.

M-2 kateqoriyasında, 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev dünya çempionatının bürünc medalını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR