FHN-in əməkdaşı dünya çempionu olub

FHN-in əməkdaşı dünya çempionu olub
# 24 oktyabr 2023 10:10 (UTC +04:00)

Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib. Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR