FHN-in kikboksinq komandasının idmançıları uğur qazanıblar

FHN-in kikboksinq komandasının idmançıları uğur qazanıblar
# 19 oktyabr 2023 14:18 (UTC +04:00)

Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Kikboksinq Fedrasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə Bakı şəhər birinciliyi keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 46 komanda olmaqla 350-yə yaxın idmançı mübarizə aparıb.

Yarışda 20 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə komandasının idmançıları məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in kikboksinq komandasının kadet, yeniyetmə və gənclərdən ibarət idmançıları Turan Abdullayev (91 kq), Mirfərid Seyidli (54 kq), Əli Aslanov (42 kq) qızıl, Ayan Hüseynova (52 kq), Murad Cabbarov (20 kq) gümüş və Şəbnəm İbrahimli (48 kq), Elnar Hacıyev (42 kq), Sərxan İbrahimov (71 kq), Tahir Tağıyev (54 kq), Əli Nəcəfov (81 kq), Ramil Rzayev (45 kq), Hafiz Quliyev (64 kq) və Ömər Əliyarov (54 kq) bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub. Komanda hesabında isə FHN-in kikboksinq komandası medal sayına görə 3 qızıl, 2 gümüş və 8 bürünc qazanaraq 1-ci yeri tutublar və turnirin fəxri kubokunun sahibi olublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR