Krakov-2023: Azərbaycan karateçiləri mübarizəyə başlayır

Krakov-2023: Azərbaycan karateçiləri mübarizəyə başlayır
# 22 iyun 2023 11:43 (UTC +04:00)

Bu gün Krakov-2023 III Avropa Oyunlarında karate yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının təmsilçiləri də tatamidə qüvvəsini sınayacaq.

İlk gündə 4 karateçimiz təsnifat mərhələsinin qrup döyüşlərinə çıxacaq.

Mədinə Sadıqova (55 kq) İvet Qoranova (Bolqarıstan) ilə görüşəcək. Fidan Teymurovanın (50 kq) ilk rəqibi Erminiya Perfetto (İtaliya) olacaq.

Əminağa Quliyev (60 kq) yunanıstanlı Stefan Kristosla üz-üzə gələcək. Tural Ağalarzadə (67 kq) ilk görüşdə Macarıstan təmsilçisi Marsial İv Tadissi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün karatedə 6 dəst medal sahibini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR