Bank Of Baku

Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək

Rusiyalı UFC çempionu İslam Maxaçev

© APA | Rusiyalı UFC çempionu İslam Maxaçev

# 18 iyun 2026 04:23 (UTC +04:00)

Rusiyalı UFC çempionu İslam Maxaçev yarımorta çəki dərəcəsindəki titulunu irlandiyalı İan Qerriyə qarşı müdafiə edəcək.

APA xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

Döyüş avqustun 16-na keçən gecə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirinin əsas qarşılaşması olacaq.

34 yaşlı İslam Maxaçevin qarışıq döyüş növlərində (MMA) aktivində 28 qələbə və 1 məğlubiyyət var. O, 2025-ci ildə UFC tarixində iki fərqli çəki dərəcəsində çempionluq qazanan ilk rusiyalı döyüşçü olub.

Maxaçev 2022-ci ilin oktyabrından sahib olduğu yüngül çəki kəmərini dörd dəfə uğurla müdafiə etdikdən sonra yarımorta çəkiyə yüksəlib. O, 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalenanı hakimlərin yekdil qərarı ilə məğlub edərək bu çəki dərəcəsində UFC çempionu adına yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR