Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”

Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”
# 13 may 2023 15:01 (UTC +04:00)

“Dünya çempionatına hazırlıqlar yüksək səviyyədə davam edir”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.

O, Bakıda keçiriləcək dünya çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında master klass zamanı jurnalistlərin suallarını cavablandırıb. Səfərov bildirib ki, mayın 29-dan iyunun 6-dək paytaxtımızda təşkil olunacaq mundiala hazırlıqlar plana uyğun davam etdirilir: “Master klassın təşkilində əsas məqsəd yarışın təbliğinə hesablanıb. Düşünürük ki, dünya çempionatı Azərbaycanda bir idman bayramına çevriləcək”.

Vitse-prezident artıq yarışın baş tutacağı Bakı Kristal Zalında da işlərə başlandığını qeyd edib.

Onun sözlərinə görə, milli komanda da yarışa ən yüksək səviyyədə hazırlaşır. Şamaxıdan təlim-məşq toplanışında olan taekvondoçular bu gün geri dönəcək. Komandanın hazırlığı Bakıda davam etdiriləcək.

Qeyd edək ki, Bakıdakı dünya çempionatında 143 ölkə iştirakını təsdiqləyib. Bu da mundiala qatılacaq komandalar üçün yeni rekorddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR