Taekvondo üzrə dünya çempionatı çərçivəsində master-klass keçirilib - FOTOLENT

Taekvondo üzrə dünya çempionatı çərçivəsində master-klass keçirilib - FOTOLENT
# 13 may 2023 16:09 (UTC +04:00)

Bakıda baş tutacaq taekvondo üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında master-klass təşkil olunub.

Apasport.az saytının məlumatına görə, ikiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçib.

Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edilib. Ardınca qızların xəyali döyüş səhnəsi canlandırılıb. Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verilib. Son iki hissə böyüklərin xəyali səhnəsi olan pumseyə və komandanın döyüşlərinə həsr olunub.

Tədbirdə, həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə keçiriləcək dünya çempionatı Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edəcək. Yarışla əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR