Taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb

Taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb
# 31 may 2023 16:54 (UTC +04:00)

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib.

63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.

Sabah həmçinin qadın taekvondoçular +73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR