Bank Of Baku

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub
# 21 noyabr 2022 14:06 (UTC +04:00)

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, tədbirin sonunda mundialın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Azərbaycan nümayəndəsinə təqdim edilib.

Keçici bayrağı Meksika Taekvondo Federasiyasının rəsmisi Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərova təqdim edib.

Mərasimdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edib.

2023-cü ilin 29 may - 4 iyun tarixlərində Bakıdakı təşkil olunacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.

Qeyd edək ki, Qvadalaxarada taekvondoçumuz Cavad Ağayev (68 kq) bürünc medal qazanıb. Yarışda ədalət təmsilçiləri sırasında isə beynəlxalq tərəcəli hakimimiz Aygül Abdullayeva da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR