Bank Of Baku

“Zirə” “Havr”ın futbolçusunu transfer edib

“Zirə” “Havr”ın futbolçusunu transfer edib
# 02 avqust 2023 18:50 (UTC +04:00)

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Salifu Sumanı Fransanın “Havr” klubundan transfer edib.

19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin “Kalum”, Fransanın “Bastiya” və “Havr” klublarının şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR