Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb

Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb
# 04 avqust 2017 04:39 (UTC +04:00)

Çin Tzinşa çayında dünyanın ikinci ən iri “Bayxetan” su elektrik stansiyasının inşasına başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan layihə hazırda dünyada inşa olunmaqda olan ən iri SES-dir. Onun tikintisini 2022-ci ildə başa çatdırmaq planlaşdırılır. SES tam istifadəyə verildikdə onun gücü 16 QVt, orta illik elektrik enerjisinin istehsalının həcmi isə 60,24 teravatt/saat təşkil edəcək.

Tzinşa çayında SES üçün bəndin ucaldılmasına 2008-ci ildə başlanılıb. İnşası 2021-ci ildə başa çatdırıldıqdan sonra o Çinin üçüncü, dünyanın isə sayca 4-cü ən iri bəndi olacaq.

Hazırda dünyada ən iri SES Yantzı çayındakı Çinə məxsus “Üç dərə” stansiyası hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR