Bank Of Baku

Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov: “Gürcüstanda “Koroğlu” dastanının qədim əlyazmasının tapılması xəbəri doğru deyil”

Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov: “Gürcüstanda “Koroğlu” dastanının qədim əlyazmasının tapılması xəbəri doğru deyil”
# 10 aprel 2007 10:29 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov deyib. Hüseyn İsmayılovun sözlərinə görə, “Koroğlu” dastanının Gürcüstan Əlyazmalar İnstitutunda qorunan əlyazması ərəb əlifbasının nəsxi-nəstəliq xətti ilə yazılıb. İlk dəfə tanınmış şərqşünas Xalıq Koroğlu bu əlyazısı haqqında məlumat verib. Sonra Dilarə Əliyeva bu əlyazma üzərində araşdırmalar aparıb. Əlyazmanın surətini çox böyük çətinliklə 1989-cu ildə Bakıya gətirmək mümkün olub. Dilarə Əliyeva 750 səhifəlik əlyazmanı kiril əlifbasına çevirməyə başlasa da, sona çatdıra bilməyib. Yarımçıq işi gənc tədqiqatçı Elnarə Tofiqqızı tamamlayıb. Beləliklə, Təbriz dialektində danışıldığına görə, “Koroğlunun Təbriz variantı” adlanan dastan 2005-ci ildə işıq üzü görüb. H. İsmayılov dastanın əlyazmasının Gürcüstan Əlyazmalar İnstitutuna necə düşməsi məsələsinə də aydınlıq gətirib: “Bu əlyazma ötən əsrin 30-cu illərində Təbrizdən Bakıya gətirilib. O qarışıq vaxtda əlyazmaya burda yiyə duran olmayıb. Aparıb Tiflisdə, arxivə qoyublar”. Gürcüstan Əlyazmalar İnstitutunun direktor müavini Georgi Kalandiya ANS-ə müsahibəsində daha 350 qədim əlyazmanın Azərbaycan üçün naməlum olduğunu bildirmişdi. Folklor İnstitutunun direktoru bu məlumatı da ciddi saymır: “Dəfələrlə bizim alimlər Tiflisdə olub, bu əlyazmalar üzərində tədqiqatlar aparıblar. Çox güman ki, o 350 əlyazmanın da surəti Bakıya gətirilib. Amma faktı bir daha yoxlamaq lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR