"Buker" mükafatının 2023-cü il üzrə qalibi elan olunub - FOTO

"Buker" mükafatının 2023-cü il üzrə qalibi elan olunub - FOTO
# 27 noyabr 2023 01:59 (UTC +04:00)

Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in (" Booker Prize") 2023-cü il üzrə qalibi elan olunub.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.

Qalib qısa siyahı əsasında seçilib. Mükafatın 2023-cü il üzrə qalibi "Prophet Song" əsəri ilə Paul Lynch olub.

Qeyd edək ki, qısa siyahıya aşağıdakı 6 müəllif və əsər daxil idi.

Sarah Bernstein "Study for Obedience"

Jonathan Escoffery "İf I survive you"

Paul Harding "This other eden"

Paul Lynch "Prophet Song"

Chetna Maroo "Western lane"

Paul Murray "The bee sting"

Xatırladaq ki, "Buker" mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il "Buker"in qalibi Şri-Lankalı yazıçı Shehan Karunatilaka olub. O, "The Seven Moons of Maali Almeida" ("Maali Almeydanın yeddi Ayı" ) romanına görə mükafatı qazanıb.

Pol Linç 1977-ci ildə İrlandiyada anadan olub. Əvvəllər jurnalist və kinotənqidçi kimi tanınıb. "Peyğəmbərin nəğməsi" müəllifin sayca beşinci romanıdır. Özünün lirik üslubu ilə seçilən Linçin bu distopik romanında İrlandiyanın faşist dövlətinə çevrilməsindən bəhs edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR