Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb

Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb
# 17 aprel 2024 16:43 (UTC +04:00)

Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.

APA xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.

Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR