Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu bu gün səhər saatlarında vəfat edib.
Bu barədə APA-ya onun oğlu Orman Çingizoğlu məlumat verib.
Qeyd edilib ki, şairin cənazəsi sabah dəfn ediləcək.
Çingiz Əlioğlu ilə vida mərasimi sabah 11:00-da Təzə Pir məscidində keçiriləcək.
Xatırladaq ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.