"Kulis"in əməkdaşı Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-prezidenti təyin olunub

"Kulis"in əməkdaşı Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-prezidenti təyin olunub
# 26 aprel 2023 10:30 (UTC +04:00)

Kulis.az saytının əməkdaşı, azərbaycanlı şair və tərcüməçi Ümid Naccari Belçikada yerləşən Avropa Yazarlar Assosiasiyasının Asiya bölməsinin prezidenti və BOGDANİ Beynəlxalq Yazarlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Kulis.az xəbər verir ki, sözügedən məlumat Bogdani Yazarlar Assosiasiyasının rəsmi saytında dərc edilib.

Məlumatda qeyd edilir: "BOGDANI Beynəlxalq Yazarlar Assosiasiyası xüsusi qərarla cənab Ümid Nəccarinin Asiya üzrə IWA Bogdani Assosiasiyasının prezidenti təyin edilməsinə qərar verib. Qərar 26 aprel 2023-cü il tarixində qüvvəyə minir. Cənab Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR