Bank Of Baku

Müasir Azərbaycan və İtaliya şeirlərindən ibarət toplunun təqdimatı keçirilib - FOTO

Müasir Azərbaycan və İtaliya şeirlərindən ibarət toplunun təqdimatı keçirilib  - FOTO
# 16 noyabr 2023 20:23 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı Səfirliyi gənc italyan şairlərinin Azərbaycanda tanınmasına və Azərbaycan poeziyasındakı son tendensiyaların Italiyada təbliğinə yönəlmiş təşəbbüs olan "Milyon illər sonra görüşdük" əsərinin təqdimetmə mərasimini keçirib.

APA xəbər verir ki, kitablar ikili nəşr formatındadır.

Belə ki, Azərbaycanlı gənclərin şeirlərindən ibarət olan italyan versiyasi “Capire Edizioni” nəşriyyatı tərəfindən və italyan şeirləri Azərbaycan dilində tərcüməsi ilə birlikdə isə Azərbaycan versiyasında “Sərq-Qərb” nəşriyyati tərəfindən nəşr edilib.

Təqdimatda çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri iki xalq arasındakı mədəni bağlardan danışıb: "Şeir və şeiriyyat hər bir xalqın hisslərini, mənəvi tərəflərini ifadə edəcək ən yaxşı vasitədir. Hesab edirəm ki, biz Azərbaycanla mədəni əlaqələrimizi daha da yaxınlaşdıracağıq".

Xatırladaq ki, nəşrlə bağlı fikir şair Davide Rondoninin 2019-cu ilin sentyabrında Bakıda keçirilən "Nəsimi- şeir, incəsənət, mənəviyyat" adlı festivalda iştirakı zamanı yaranıb və nəşr Rondoninin, habelə Azərbaycan hissəsi üzrə şairə Nigar Həsənzadənin kuratorluğu ilə nəşrə hazırlanıb.

Əsərlərin tərcüməsi Züleyxa Muradovaya, redaktəsi Seyfəddin Hüseynliyə, nəşrin koordinasiyası Aydan Əliyeva və Izabella Serraya aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR