Professor Şirindil Alışanlı vəfat edib

Professor Şirindil Alışanlı vəfat edib
# 14 mart 2024 20:35 (UTC +04:00)

Filologiya elmləri doktoru professor Şirindil Alışanlı vəfat edib.

Bu barədə APA-ya AMEA Ədəbiyyat İnstitutundan məlumat verilib.

Şirindil Alışanlı 28 oktyabr 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini bitirdikdən sonra ədəbi tənqid üzrə ixtisas kursunu tamamlayıb. 1976-1987-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

Həmçinin 1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü ildə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olub və vəfatına qədər XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1990-cı ildən isə "Sabah" nəşriyyatının direktoru olaraq çalışıb. 1976-cı ildən ədəbi-tənqidi məqalələri mətbuatda çap olunur.

5 kitab, 100-dən çox elmi məqalə müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR