Şair Məmməd İsmayıl gələn həftə xəstəxanadan evə buraxılacaq

Məmməd İsmayıl

© APA | Məmməd İsmayıl

# 04 aprel 2024 14:11 (UTC +04:00)

Şair Məmməd İsmayıl aprelin 9-da xəstəxanadan evə buraxılacaq.

Bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, Məmməd İsmayılın vəziyyəti xeyli yaxşılaşıb.

“Ağrıları azalıb. Çox cüzi, haradasa, on faiz qalıb. Əhvalı da yaxşıdır. Müalicə davam etdirilir”.

İntizar İsmayıl göstərilən diqqət üçün Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR