Bakıda ana və körpə sağlamlığı mövzusunda beynəlxalq simpozium keçirilib

Bakıda ana və körpə sağlamlığı mövzusunda beynəlxalq simpozium keçirilib
# 19 iyun 2017 08:57 (UTC +04:00)

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ananın və körpənin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirilib.

APA-nın məlumatına görə, İnstitutun rektoru Nazim Qasımov simpoziumun əhəmiyyətindən danışıb, beynəlxalq tədbirlərin Azərbaycan həkimlərinin peşə fəaliyyətində yerini yüksək qiymətləndirib.

İnstitut rektoru qeyd edib ki, ana və uşaqların sağlamlığı hər bir ölkə üçün vacib məsələlərdəndir: “Sağlam ana, sağlam uşaq nəticə etibarı ilə sağlam ölkəni formalaşdırır. 2014-cü ildə ana və uşaqların sağlamlığı ilə bağlı dövlət proqramı qəbul edilib, 600 səhiyyə ocağında konstruksiya işi aparılıb. Bura Talassemiya Mərkəzi, xəstəxana və poliklinikalar daxildir”.

N. Qasımov bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən həkimlər beynəlxalq təcrübəni öyrənmək üçün xarici ölkələrə göndərilir: “Bizim institut məhz buna əsaslanaraq beynəlxalq əməkdaşlığı gücləndirir, bir sıra tibb ocaqları ilə memorandumlar imzalanır, bu çərçivədə həkim rezident və müəllimlərimiz müxtəlif ölkələrə ezam olunur”.

Simpozuim professor Reyter Qratsın həkimlər üçün seminarı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR