Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb - VİDEO

Bakıda ərlə arvad bir-birini bıçaqlayıb, qadın ölüb - <span style="color: red;">VİDEO
# 18 iyul 2015 07:49 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.

Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.

M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR