ABŞ “BUK” qurğusundan “Boinq-777” təyyarəsinə buraxılan raketin uçuş trayektoriyasının sxemini dərc edib - FOTO

ABŞ  “BUK” qurğusundan “Boinq-777” təyyarəsinə buraxılan raketin uçuş trayektoriyasının sxemini dərc edib - <span style="color: red;">FOTO
# 23 iyul 2014 03:22 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat səfirliyin “Facebook”dakı səhifəsində dərc olunub. Belə ki, dərc olunmuş sxemə əsasən, ABŞ təyyarənin separatçıların nəzarəti altında olan Donbas ərazisindən “yer-hava” sinfinə aid olunan “BUK” zenit-raket qurğusundan vurulduğunu təsdiqləyib.

Bundan başqa, ABŞ Ukrayna ordusuna məxsus “BUK” raket sistemlərinin istifadə olunma ehtimalını tamamilə istisna edir: “Ukrayna ordusu da “BUK” sistemləri ilə təchiz olunub, lakin biz əminik ki, onların heç biri hadisə baş verən ərazidə olmayıb. Həmçinin, Ukrayna ordusu münaqişə başlayandan “yer-hava” sinfinə aid raket sistemlərindən bir dəfə də olsun istifadə etməyib. Lakin Kiyev Rusiyaya məxsus hava uçuş vasitələrinin dəfələrlə Ukraynanın hava məkanına daxil olması barədə şikayət edib”, deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR