120 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib

120 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib
# 02 may 2024 15:34 (UTC +04:00)

Mayın 1-i saat 11:00-dan növbəti tədris ili üçün şagirdlərin I sinfə qeydiyyat prosesinə başlanılıb. Artıq 120 minə yaxın uşaq birinci sinfə qəbul üçün qeydiyyatdan keçib.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zemfira Sevdimalı bildirib.

O bildirib ki, 82 minə yaxın şagird isə məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiblər. Bu isə ölkə üzrə I sinfə gedəcək şagirdlərin 70 faizini təşkil edir.

Kirayə yaşadığı yerdə 1 illik müqaviləsi olmayan uşaqların məktəb seçimi məsələsinə də aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov bildirib ki, valideyn övladını sərbəst qəbul aparılan məktəblərdən birində qeydiyyatdan keçirə bilər:

“Əgər valideyn həmin ərazidə olan prioritet seçimi olan məktəbi seçmək istəyirsə, bu zaman prioritet müddəti başa çatdıqdan sonra müraciət edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR