Bank Of Baku

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov

© APA | Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov

# 17 may 2024 11:48 (UTC +04:00)

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir.

APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cari ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institutsional, eyni zamanda, proqram akkreditasiyası həyata keçirilir. İdarə Heyətinin sədri qeyd edib ki, ixtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir:

"İlk olaraq, ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir, təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. Tədrisi həyata keçirilən 14 müəssisədə bu proses il boyu həyata keçiriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR