Azərbaycan məktəbliləri ilk dəfə ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar

Azərbaycan məktəbliləri ilk dəfə ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar
# 18 may 2024 10:40 (UTC +04:00)

Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar.

APA xəbər verir ki, 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR