BŞTİ: 49 illik körpələr evi-uşaq bağçasının yenidən qurulması növbəti dövlət proqramında planlaşdırılır

BŞTİ: 49 illik körpələr evi-uşaq bağçasının yenidən qurulması növbəti dövlət proqramında planlaşdırılır
# 08 avqust 2024 10:33 (UTC +04:00)

"1975-ci ildə istifadəyə verilmiş Şahin Abbasov adına körpələr evi-uşaq bağçasının uzunmüddətli istismar nəticəsində əsaslı təmirə ehtiyac yaranıb"

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.


Qeyd edilib ki, Azərbaycanda təhsil infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulur.

"Növbəti dövlət proqramlarında sözügedən məktəbəqədər təhsil müəssisəsində yenidənqurma işlərinin aparılmasının nəzərə alınması məqsədilə müvafiq tədbirlər görülməsi planlaşdırılır"- deyə, məlumatda qeyd edilib.

Qeyd edək ki, Xətai rayonu Babək Prospekti, 101 a ünvanında yerləşən 1975-ci ildə istifadəyə verilmiş Şahin Abbasov adına körpələr evi-uşaq bağçasının binasında təmirə ehtiyac olması ilə bağlı redaksiyamıza müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR