DİM sədri "Yüksəliş" müsabiqəsi üzrə qabiliyyət imtahanlarında iştirakçıların sayını açıqlayıb

DİM sədri "Yüksəliş" müsabiqəsi üzrə qabiliyyət imtahanlarında iştirakçıların sayını açıqlayıb
# 18 may 2024 10:46 (UTC +04:00)

"Yüksəliş" müsabiqəsinə qabiliyyət imtahanının yeni imtahan korpusunda keçirilməsi yeni bir mərhələdir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

"Bu mərhələ qiymətləndirmə prosesinin rəqəmsallaşdırımasında yeni bir addımdır. Proses ümumilikdə mürəkkəb prosesdir. Ümidvarıq ki, gələcəkdə bu sistemi regionlarda da tətbiq edəcəyik. Hazırda 700 nəfər imtahan verir. Günün ikinci yarısında da eyni sayda şəxs imtahan verəcək. Sabah da bu proses eyni qaydada davam edəcək. Ümumililikdə, bu 2 gündə 2800 nəfər burada imtahana cəlb ediləcək", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR