Doktoranturaya qəbul sistemi dəyişdirilməlidir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, doktoranturaya qəbulun sistemi təkmilləşdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.
Onun sözlərinə görə, xarici universitetlərdə doktoranturaya qəbul zamanı namizəddən əvvəlcədən hansı mövzu üzrə elmi tədqiqat aparacağı soruşulur.
“Bizdə isə proses əksinədir. Namizədlər əvvəlcə doktoranturaya qəbul olunurlar, daha sonra elmi tədqiqat mövzusu müəyyənləşdirilir. Bu yanaşma dəyişdirilməlidir”, – Emin Əmrullayev vurğulayıb.