Azərbaycanda kredit əsaslı doktorantura proqramlarının maliyyələşdirilməsi təmin edilməlidir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.
O bildirib ki, bu gün Azərbaycanda doktorantura proqramları köklü şəkildə dəyişməlidir:
“Bugünkü doktorantura proqramının ən böyük problemi doktorantura tələbəsi bu və ya digər halda təlim almır. Yəni bizim doktorantura proqramı magistratura səviyyəsini bitirmiş və bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. İrəliyə getmiş sistemə baxsaq, üç il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır. Yəni burada alətləri öyrənir, sonra tədqiqatlara başlayır. Bu çox vacib məsələ olduğundan proses 5-6 il çəkir”.