Emin Əmrullayev: Növbəti tədris ilindən ibtidai sinf müəllimləri 20 faiz yenilənəcək

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 01 iyul 2024 10:56 (UTC +04:00)

Bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

"Bizim təhsilimizin əsas problemləri ibtidai sinifdən başlayır. İbtidai təhsillə bağlı ən böyük məsələ orada keyfiyyətin artırılmasıdır. İbtidai sinf müəllimlərinin sertifikasiyası mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik" - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR