Emin Əmrullayev "Son zəng" tədbirində iştirak edib - FOTO

Emin Əmrullayev "Son zəng" tədbirində iştirak edib - FOTO
# 14 iyun 2024 10:29 (UTC +04:00)

Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və şəhid ailələri iştirak edib.

Məktəbin direktoru Səidə Rəhimova jurnalistlərə bildirib ki, bu il məktəbin 43 şagirdi məzun olur:

"Məktəbin müəllim və şagird kontingentinin 70%-i hərbçi övladlarıdır. Məktəb cari ildə VII qrant müsabiqəsinin qalibi olub, cari ildə məktəbdə, həmçinin STEAM layihəsi tətbiq olunub. Eyni zamanda, icma əsaslı bağça fəaliyyət göstərir".

Direktor əlavə edib ki, məktəb 620 yerlik olmasına baxmayaraq, 1309 şagird təhsil alır. Bu gün şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlı da məktəbdən məzun olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR