Uşaqlar "Son zəng"i necə görmək istəyirlərsə, elə də keçirməlidirlər.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Son zəng"də tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır: "Digər məsələlərdə isə uşaqlara daha çox sərbəstlik verilməlidir. Bu gün burada maraqlı rəqslər və müxtəlif çıxışlar gördük. Ola bilər ki, bəzi məktəblərdə səsləndirilən mahnılar kimlərinsə xoşuna gəlməsin. Amma mən həmin uşaqları qınamazdım, sadəcə olaraq onlara güzəşt edərdim. Çünki onlar uşaqdırlar”, – nazir qeyd edib.
Nazir məzunları təbrik edərək bildirib ki, "Son zəng" şagirdlərin həyatında ən yaddaqalan günlərdən biridir.
Gülcahan İmanqızı
Fuad Nazimoğlu