Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib

Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib
# 10 may 2024 15:40 (UTC +04:00)

Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.

Ağacəkmə mərasimi çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR