Laçında 32 il sonra ilk "Son zəng" çalınıb.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Füzulidə isə 31 il sonra 8 nəfər XI sinif şagirdi üçün son zəng çalınıb.
Laçın şəhəri 2 nömrəli və Zabux kənd tam orta məktəblərindən, eyni zamanda, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilmiş “Son zəng” tədbirindən görüntüləri təqdim edirik.