Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaq

Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaq
# 08 may 2024 15:04 (UTC +04:00)

2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış olmaq mümkündür: https://miq.edu.az/faq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR