Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaq

Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaq
# 22 may 2024 14:43 (UTC +04:00)

Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR