Məleykə Abbaszadə: Builki keçid ballarının artması yüksək prestijli ixtisaslarda ola bilər

Məleykə Abbaszadə

© APA | Məleykə Abbaszadə

# 18 may 2024 10:32 (UTC +04:00)

Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

"Eləcə də ixtisasa müraciət edənlərin sayı da, keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək. Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR